100 mm-lik M1944 (BS-3) topu
BS-3 SSRİ tərəfindən yaradılmış olan 100 mm-lik çapa malik tank əleyhinə topdur. Silahın rəsmi adı "100 mm-lik səhra Topu modeli 1944 (BS-3)" (Rusca: 100-мм полевая пушка образца 1944 года (БС-3)) olmuşdur. İkinci dünya müharibəsi dövründə xidmətə qəbul edilmiş top 1950-ci illərə qədər istifadə edilmişdir. 1955-ci ildə Qızıl Orduda yerini MT-12 Rapira tank əleyhinə toplara buraxmışdır. BS-3 modeli bir çox ölkəyə satılmışdır. Bəzi ölkələrin silahlı qüvvələrində hələ də istifadə edilir. Hal-hazırda da, BS-3 toplarına aid olan hissələri Rusiya Silahlı Qüvvələrinin artilleriya bölmələrində tapmaq mümkündür. Ayrıca olaraq, 2012-ci ildə Kuril adalarında yerləşdirilmiş gəmi əleyhinə və desant əleyhinə hərbi birlik olan
XVIII artilleriya və pulemyot hərbi birləşməsinin arsenalında ən azı 12 ədəd BS-3 topunun olduğu məlumdur.
BS-3 modeli əslində B-3 dəniz topunun bir başqa forması idi. Konstruksiyası V. G. Grabin tərəfindən həyata keçirilmişdir.